...

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol üzrə beynəlxalq turnir başlayacaq

İdman Materials 1 May 2015 10:13 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol üzrə beynəlxalq turnir başlayacaq.
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol üzrə beynəlxalq turnir başlayacaq

Azərbaycan, Bakı, 1 may /Trend/

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol üzrə beynəlxalq turnir başlayacaq.

Trend xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 6-9-da Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol idman növü üzrə beynəlxalq turnir start götürəcək. Beynəlxalq yarışda Azərbaycan yığması ilə yanaşı Avropanın güclü komandalarından sayılan Macarıstan, İtaliya, Rusiya, Türkiyə, Yunanıstan, Gürcüstan və Qazaxıstan yığmaları da iştirak edəcək. Turnirdə 8 komanda 2 qrupda əvvəlcə dairəvi sistem, sonra isə yerlər uğrunda mübarizə aparacaq.

Federasiyadan verilən məlumata görə, qonaqların ölkəmizə gəlişi mayın 5-ə nəzərdə tutulub. Bakı Su İdmanı Mərkəzinin vaterpol arenasında keçiriləcək beynəlxaq turnirin açılış mərasimi mayın 6-da baş tutacaq. Təqvimə əsasən 4 gün davam edəcək yarışların qalibləri medallar və diplomlar, qiymətli hədiyyələrlə təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti