...

Azərbaycan təmsilçisi bədii gimnastika üzrə XXXI Avropa çempionatında bürünc medala layiq görülüb (FOTO)

İdman Materials 3 May 2015 22:05 (UTC +04:00)
Minskdə keçirilmiş bədii gimnastika üzrə “Avropa-2015” çempionatının sonuncu medal dəstinin sahibləri də məlum olub.
Azərbaycan təmsilçisi bədii gimnastika üzrə XXXI Avropa çempionatında bürünc medala layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Minskdə keçirilmiş bədii gimnastika üzrə "Avropa-2015" çempionatının sonuncu medal dəstinin sahibləri də məlum olub.

Trend-ə verilən məlumata görə, təmsilçimiz Marina Durunda çempionatda bürünc medala layiq görülüb. Yarışlar bitdikdən sonra onun ümumi nəticəsi 4 (17,900) olub. Marina Durundanı beloruslu Yekaterina Qalkina (17950) üstələyib. Lakin məşqçilərimiz protest ediblər və protest Avropa Gimnastika İttifaqının münsiflər heyəti tərəfindən təmin olunub.

Ən yaxşı nəticəni Rusiya təmsilçisi Yana Kudryavtseva göstərib. Çempionatın lentlə hərəkətlər üzrə qalibi 18900 xal toplayıb. Belarus yığmasının başçısı Melitina Stanyut (18133) yarışların gümüş medalına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti