...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan şahmat turniri başa çatıb

İdman Materials 4 May 2015 14:15 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan şahmat turniri başa çatıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan şahmat turniri başa çatıb

Azərbaycan, Bakı, 4 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan şahmat turniri başa çatıb. Mayın 2-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-cı ildönümünə həsr olunan ənənəvi şahmat turnirinə yekun vurulub.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 18-də start verilən yarışlar Olimpiya sistemi üzrə keçirilib. Vergilər Nazirliyi Aparatının rəhbəri Zeynalabdin Məmmədzadə yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirib, qaliblərə diplomlar təqdim edib.

Turnirin qalibi Vergilər Nazirliyinin Vergi siyasəti və strateji Araşdırmalar Baş İdarəsinin əməkdaşı Babək İbrahimov olub. Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Məzahir Şamilov 2-ci, 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov isə 3-cü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti