...

Yeniyetmə güləşçilərimiz Mahaçqalada 2 bürünc medal qazandılar

İdman Materials 7 May 2015 17:18 (UTC +04:00)
Dağıstanın Mahaçqala şəhərində fazişm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
Yeniyetmə güləşçilərimiz Mahaçqalada 2 bürünc medal qazandılar

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət/

Dağıstanın Mahaçqala şəhərində fazişm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Yeniyetmə sərbəst güləşçilərdən ibarət yığma komandamızın üzvləri turnirdə iştirak edib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 400-dən artıq iştirakçının qatıldığı yarışda güləşçilərimiz 2 bürünc medal qazanıb. Yığma komandanın heyətində Səxavət Qarayev (32 kq) və Məmməd Əhmədov (46 kq) fərqlənib.

Yığma komandanın üzvləri məşqçilər Namiq Quliyev və Mehman Nəcəfovun rəhbərliyi altında turnirdə mübarizə aparıb. Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Bəşir İsazadə təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti