...

Federasiya Prezidenti: "Belə yaraşıqlı idman arenalarına görə, Prezident İlham Əliyevə minnətdarıq"

İdman Materials 8 May 2015 14:34 (UTC +04:00)
“Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində federasiya müxtəlif yarışlar və beynəlxalq turnirlər təşkil edir. Su polosu üzrə bu turnir də Beynəlxalq Su Polosu Federasiyasının təqvim planına uyğun keçirilir”.
Federasiya Prezidenti: "Belə yaraşıqlı idman arenalarına görə, Prezident İlham Əliyevə minnətdarıq"

Azərbaycan, Bakı, 8 may /Trend/

"Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində federasiya müxtəlif yarışlar və beynəlxalq turnirlər təşkil edir. Su polosu üzrə bu turnir də Beynəlxalq Su Polosu Federasiyasının təqvim planına uyğun keçirilir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti, millət vəkili Xanlar Fətiyev Bakıda keçirilən Su polosu üzrə beynəlxalq turnirin açılış mərasimindəki çıxışında deyib. O, bu vacib turnirin I Avropa Oyunları üçün yeni inşa olunan, bütün beynəlxalq standartlara cavab verən Bakı Su İdmanı Mərkəzində təşkil olunmasının qürurverici olduğunu qeyd edib:

"Biz Azərbaycana belə gözəl və hər şəraitlə təmin olunmuş idman qurğularını bəxş etdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bu gün ölkəmizin rəhbərinin diqqət və qayğısı sayəsində idmanın bütün sahələri durmadan inkişaf edir. Yeni komplekslər və idman qurğuları tikilərək istifadəyə verilir. Azərbaycanda böyük idman yarışları və beynəlxalq turnirlər keçirilir. Bu bizi sevindirir. Biz də öz növbəmizdə söz veririk ki, bütün var gücümüzlə ehtimadı doğrultmağa çalışacağıq".

X.Fətiyev qeyd edib ki, Üzgüçülük Federasiyasına daxil olan bütün idman növləri üzrə komandalar I Avropa Oyunlarına hazırlıq çərçivəsində dünyanın müxtəlif ölkələrində təlim-məşq toplantılarında və müxtəlif səviyyəli beynəlxal turnirlərdə iştirak ediblər: "Federasiyadakı komandalar əsasən gənclərdən təşkil olunub. Biz çalışırıq ki, onların beynəlxalq yarışlarda iştirak təcrübəsini artıraq. İnanıram ki, idmançılarımız I Avropa Oyunlarında ölkəmizin şərəfini layiqincə qorumağa çalışacaqlar. Bunun üçün biz də Federasiya olaraq onlara hərtərəfli dəstək veririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti