...

"Qarabağ" vaxtından əvvəl çempion ola bilmədi, "Qəbələ" 3-cü pilləyə yüksəldi

İdman Materials 8 May 2015 19:55 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına start verilib.
"Qarabağ" vaxtından əvvəl çempion ola bilmədi, "Qəbələ" 3-cü pilləyə yüksəldi

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, "Xəzər Lənkəran" doğma meydanda "Qarabağ"la qarşılaşıb.

Gərgin keçən oyunda hesab 78-ci dəqiqədə açılıb - Ağabala Ramazanaov cənub təmsilçisini önə keçirib. Lakin meydan sahiblərinin sevinci uzun çəkməyib. Belə ki, 80-ci dəqiqədə Leroy Corc hesabat tarazlıq gətirib - 1:1.

Qeyd edək ki, "Qarabağ"ın vaxtından əvvəl çempion ola bilməsi üçün bu oyunda qələbə qazanması, "İnter"in isə "Neftçi" ilə oyunda xal itirməsi lazım idi.

"Qəbələ" isə "Sumqayıt"ın qonağı olub. 39-cu dəqiqədə Aleksey Qay qəbələliləri sevindirib. 2 dəqiqə sonra Viktor Mendi fərqi artırıb - 2:0. 83-cü dəqiqədə "Qəbələ"nin oyunçusu Ruslan Tağızadə qırmızı vərəqə alaraq meydanı tərk edib.

Beləliklə, "Qarabağ" 30 oyundan sonra 65 xalla 1-ci, "Qəbələ" isə 50 xalla 2-cidir.

Tura sabah keçiriləcək "Bakı" - AZAL oyunu ilə yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti