...

"Neftçi"dən 6-cı uğursuz seriya

İdman Materials 11 May 2015 12:46 (UTC +04:00)
“Neftçi”nin qələbəsiz oyunlar seriyası 5-ə çatıb.
"Neftçi"dən 6-cı uğursuz seriya

Azərbaycan, Bakı, 11 may /Trend/

"Neftçi"nin qələbəsiz oyunlar seriyası 5-ə çatıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, aprelin 5-də səfərdə Zaqatala "Simurq"unu 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi son 5 oyunda 2 heç-heçə edib, 3 dəfə məğlub olub. Bakılılar "Xəzər Lənkəran" (2:2), "Qəbələ" (1:3), "Qarabağ" (2:3) və "Sumqayıt"ın (2:2) ardından "İnter"i də üstələyə bilməyib - 0:4.

5 oyunluq qələbəsizlik seriyası isə "Neftçi"nin 23 illik Azərbaycan çempionatları tarixindəki antirekordunun təkrarıdır. Bakılılar heç vaxt bundan uzun qələbə həsrəti yaşamayıb. Əvvəlki illərdə "ağ-qaralar" 5 dəfə 5 oyunluq seriyaya üzülüb. 1993, 2006/07 mövsümlərinin hərəsində 1 dəfə belə uğursuzluq yaşayan "Neftçi" 2009/10 mövsümünün sonu, 2010/11 mövsümünün əvvəlini əhatə edən dövrdə də ardıcıl 5 oyunda qələbə qazana bilməyib. Ötən mövsüm isə 2 belə seriya yaşanıb.

Qeyd edək ki, "Neftçi" tarixinin daha bir antirekordunu da "İnter"lə oyunda təkrarlayıb. 4 top fərqi ilə məğlubiyyət komandanın ölkə çempionatlarında ən ağır yenilgisidir. Bunadək yalnız 1 dəfə - 2007/08 mövsümünün "Bakı" ilə qarşılaşmasında (1:5) 4 top fərqi ilə uduzan "ağ-qaralar" təxminən 7 il yarımdan sonra eyni aqibəti yaşayıb.

Xəbər lenti

Xəbər lenti