...

"Bavariya" qalib gəldi, amma...

İdman Materials 13 May 2015 01:42 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" və "Barselona" komandaları qarşılaşıblar.
"Bavariya" qalib gəldi, amma...

Azərbaycan, Bakı, 13 may /Trend/

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" və "Barselona" komandaları qarşılaşıblar.

Trend-in məlumatına görə, oyuna meydan sahibləri fəal başlayıblar - 7-ci dəqiqədə Benatia fərqlənib. Lakin 15 və 29-cu dəqiqələrdə Neymarın dublu sayəsində kataloniyalılar önə keçiblər.

59-cu dəqiqədə Levandovski, 74-cü dəqiqədə isə Müller almanlara ümid verib- 3:2. Lakin ilk görüşdə 0:3 hesabı ilə məğlub olan "Bavariya"ya finala çıxmaq üçün bu hesab yetərli olmayıb.

Beləliklə, "Barselona" finala yüksələn ilk komanda olub. Sabah "Real" birinci oyunda 1:2 hesabı ilə məğlub olduğu "Yuventus"u qəbul edəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti