...

Berlində "Barselona" - "Yuventus" finalı (VİDEO)

İdman Materials 14 May 2015 01:49 (UTC +04:00)
UEFA Çempionlar Liqasının finalçıları müəyyən olunub.
Berlində "Barselona" - "Yuventus" finalı (VİDEO)

Azərbaycan, Bakı, 14 may /Trend/

UEFA Çempionlar Liqasının finalçıları müəyyən olunub.

Trend-in məlumatına görə, yarımfinal mərhələsinin növbəti cavab oyunu bu gün Madriddə baş tutub. "Real" ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu "Yuventus"u qəbul edib.

23-cü dəqiqədə Ronaldo penalti zərbəsini dəqiq yerinə yetirib. 57-ci dəqiqədə isə Morata hesaba tarazlıq gətirib - 1:1. Oyun elə bu hesabla da başa çatıb.

Beləliklə, Çempionlar Liqasının finalında "Barselona" və "Yuventus" qarşılaşacaqlar.

Qeyd edək ki, final oyunu iyunun 6-da Berlində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti