...

"Neftçi" Mirhüseyn Seyidovla müqaviləyə də xitam verdi

İdman Materials 14 May 2015 21:03 (UTC +04:00)
"Neftçi" futbol klubu Mirhüseyn Seyidovla müqaviləyə xitam verib.
"Neftçi" Mirhüseyn Seyidovla müqaviləyə də xitam verdi

Azərbaycan, Bakı, 14 may /Trend/

"Neftçi" futbol klubu Mirhüseyn Seyidovla müqaviləyə xitam verib.

Trend klubun saytına istinadən məlumat verir ki, futbolçu M.Seyidovun müraciəti nəzərə alınaraq, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Neftçi" PFK yarımmüdafiəçiyə azad agent statusu verib.

"Neftçi" PFK-nın yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, M.Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb.

Qeyd edək ki, bundan əvvəl Rauf Əliyevlə müqaviləyə xitam verilmişdi.

Xəbər lenti

Xəbər lenti