...

"Simurq"un baş məşqçisi: "Yaxşı komandamız vardı..."

İdman Materials 15 May 2015 21:09 (UTC +04:00)
Bu oyuna qədər bir neçə oyunçu düşərgəni tərk etmişdi, oyundan sonra da bir çox oyunçular gedəcək.
"Simurq"un baş məşqçisi: "Yaxşı komandamız vardı..."

Azərbaycan, Bakı, 15 may /Trend/

"Ümumi vəziyyətə baxanda çox təəssüflənirəm". Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, bunu Premyer Liqanın 34-cü turu çərçivəsində keçirilən "Simurq" - "Bakı" oyunundan (4:0) sonra Zaqatala təmsilçisinin baş məşqçisi George Çixradze deyib.

"Simurq"un baş məşqçisi qeyd edib: "Cari mövsümdə sonuncu ev oyunumuza çıxdıq. Düşünürəm ki, yaxşı futbol sərgilədik. Amma ümumi vəziyyətə baxanda çox təəssüflənirəm. Biz bu qələbə ilə azarkeşlərimizə təşəkkür etdik. Bu oyuna qədər bir neçə oyunçu düşərgəni tərk etmişdi, oyundan sonra da bir çox oyunçular gedəcək. Yaxşı komandamız vardı".

"Bakı"nın baş məşqçisi İbrahim Uzunca isə deyib: "Öz səhvlərimizdən qollar buraxdıq. Çempionatın sonudur. Oyunçularım həvəssiz mübarizə apardılar. Onlara indiki vəziyyətdə narazılıq bildirmək bizə yaraşmaz. Qarşıdakı iki oyunu ən layiqli şəkildə keçirirməyi düşünürük".

Xəbər lenti

Xəbər lenti