...

Azərbaycan klubu İranda tarix yaza bilmədi

İdman Materials 15 May 2015 21:59 (UTC +04:00)
İran çempionatında 2014/2015-ci il mövsümünə yekun vurulub.
Azərbaycan klubu İranda tarix yaza bilmədi

Azərbaycan, Bakı, 15 may /Trend/

İran çempionatında 2014/2015-ci il mövsümünə yekun vurulub.

Trend-in məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu ikinci pillədə qərarlaşan "Naft Tehran"ı qəbul edib.

İlk dəfə İran çempionu olması üçün Təbriz təmsilçisinə bu oyunda qələbə lazım idi. Oyuna qonaqlar fəal başlayıblar - Ezzati 4-cü dəqiqədə fərqlənib. Lakin təbrizlilər 3 dəfə ardıcıl rəqib torunu silkələyə biliblər - 3:1.

Bundan sonra qonaqlar oyunda dönüş yaradıblar - 3:3.

Beləliklə, "Traktor Sazi" İran çempionatında ikinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti