...

Yeniyetmə güləşçilərin Azərbaycan çempionatında ilk gün (NƏTİCƏLƏR) (FOTO)

İdman Materials 19 May 2015 20:26 (UTC +04:00)
"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin Azərbaycan çempionatı start götürüb.
Yeniyetmə güləşçilərin Azərbaycan çempionatında ilk gün (NƏTİCƏLƏR) (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İlkin İzzət/

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin Azərbaycan çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəki dərəcəsində 115 pəhləvan mübarizə aparıb.

Qalib və mükafatçılar aşağıdakı kimidir:

42 kq
1. Kamran Pənahov (Beyləqan)
2. Azər Muxtarlı (Sumqayıt, Təhsil İC)
3. Əsgər Əlizadə (Neftçi İK)
3. Fail İsgəndərov (Cəngi GK)

46 kq
1. Zaur Nuriyev (Məhsul İC)
2. Ramal Əhədli (Sumqayıt, Təhsil İC)
3. Nəriman Paşayev (Spartak İC)
3. Qədir Qədirov (ROİL)

50 kq
1. Həsən Məmmədli (ROİL)
2. Elvin Kərimov (Naxçıvan)
3. Rəşad Abdulov (Sumqayıt, Zenit İC)
3. Elşad Məmmədov (Neftçi İK)

54 kq
1. Xancavad Məcidzadə (Mingəçevir)
2. Nurlan Dadaşov (Şirvan, Neftçi İK)
3. Rəcəbəli Nəsirov (ROİL)
3. Rəsul Əsgərov (Pəhləvan İK)

58 kq
1. Kənan Cəfərov (Gəncə, Neftçi İK)
2. Ülvi Mahmudzadə (ROİL)
3. Davud Əlmuradov (Qusar)
3. Kamran Mirzəliyev (Neftçi İK)

63 kq
1. Ramin Cəfərov (Neftçi İK)
2. İbrahim Səfərov (Sumqayıt, Təhsil İC)
3. Mirdamət İsmayılzadə (Lənkəran)
3. Rasim Qazaxov (Balakən)

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti