...

Mariana Vasileva: Azərbaycan gimnastları bütün yarışlarda layiqincə çıxış edəcəklər

İdman Materials 19 May 2015 21:07 (UTC +04:00)
Azərbaycan gimnastları bütün yarışlarda layiqincə çıxış edəcəklər.
Mariana Vasileva: Azərbaycan gimnastları bütün yarışlarda layiqincə çıxış edəcəklər

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan gimnastları bütün yarışlarda layiqincə çıxış edəcəklər. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva deyib.

Onun sözlərinə görə, bədii gimnastika Azərbaycanda çox populyardır: "Bu bizi sevindirir. Hamı gimnastlarımızın necə çıxış edəcəyi ilə maraqlanır. Bizim yeni proqramımız var. Əminəm ki, gimnastlarımız layiqincə və səhvsiz çıxış edəcəklər".

Qeyd edək ki, mayın 18-19-da Milli Gimnastika Arenasında birinci Avropa Oyunları ərəfəsində yoxlama məşqləri keçirilib. İki gün qadın idman gimnastikası, aerobika və batut gimnastikası üzrə məqşlər keçirilib. İkinci gün isə bədii gimnastların, akrobatların və idman gimnastlarının çıxışları ilə yadda qalıb. Gimnastlar Avropa Oyunlarında təqdim edəcəkləri çıxışları nümayiş etdiriblər. Azərbaycanı birinci Avropa Oyunlarında 28 gimnast təmsil edəcək. Avropa Oyunlarında gimnastika növləri üzrə yarışlar 2015-ci ilin 14-21 iyun tarixlərində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti