...

Qadınlar arasında şahmat üzrə 16-cı Avropa Çempionatı keçirilir

İdman Materials 21 May 2015 09:49 (UTC +04:00)
Çakvidə keçirilən (Gürcüstan) qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatında ilk turun oyunları başa çatıb.
Qadınlar arasında şahmat üzrə 16-cı Avropa Çempionatı keçirilir

Azərbaycan, Bakı, 21 may /Trend/

Çakvidə keçirilən (Gürcüstan) qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatında ilk turun oyunları başa çatıb. Trend-in məlumatına görə, 19 ölkədən 99 (53 qrossmeyster) şahmatçının iştirak etdiyi yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər - Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Nərmin Kazımova, beynəlxalq ustalar-Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ustalığa namizədlər - Aydan Höccətova, Xanım Balacayeva, Nərmin Məmmədova, həmçinin Nərmin Söyünlü və Aysel Məmmədova təmsil edirlər.

1-ci turda Gülnar Məmmədova, Nərgiz Umudova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanaraq aktivlərinə 1 xal yazmağa müvəffəq olublar. Xanım Balacayeva Ukrayna şahmatçısı İnna Qaponenko, Nərmin Məmmədova yerli şahmatçı Sopiko Quramişvili, Aydan Höccətova Meri Arabidze, Zeynəb Məmmədyarova isə Almaniya təmsilçisi Elizabet Peytclə xalları yarı bölüb. Səbinə İbrahimova beynəlxalq qrossmeyster Nana Dzaqnidzenin müqavimətini qıra bilməyib. Xəyalə Abdulla keçmiş dünya çempionu Antuaneta Stefanovaya, Nərmin Kazımova isə Alisa Qallyamovaya məğlub olub.

Çempionatın əsasnaməsinə görə, ilk 14 yeri tutan şahmatçılar Dünya Çempionatına vəsiqə qazanacaq. Yarış isvecrə sistemi ilə 11 turdan ibarət keçirilir və mayın 31-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti