...

FIFA prezidenti vəzifəsinə seçkilər korrupsiya qalmaqalına görə təxirə salınmayacaq

İdman Materials 27 May 2015 15:20 (UTC +04:00)
FIFA prezidenti vəzifəsinə seçkilər təşkilatın 6 üzvünün korrupsiya fəaliyyəti ilə bağlı həbs edilməsinə görə təxirə salınmayacaq.
FIFA prezidenti vəzifəsinə seçkilər korrupsiya qalmaqalına görə təxirə salınmayacaq

Azərbaycan, Bakı, 27 may /Trend/

FIFA prezidenti vəzifəsinə seçkilər təşkilatın 6 üzvünün korrupsiya fəaliyyəti ilə bağlı həbs edilməsinə görə təxirə salınmayacaq.

Trend-in TASS agentliyinə istinadən verdiyinə görə, bunu FIFA-nın ictimaiyyətlə əlaqələr üzrə direktoru Valter de Qreqorio deyib.

Onun sözlərinə əsasən, seçkilərin təxirə salınması üçün heç bir səbəb yoxdur.

FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da Sürix şəhərində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti