...

Polisə FIFA-nın konqresində partlayış təhlükəsi barədə məlumat daxil olub (ƏLAVƏ OLUNUB)

İdman Materials 29 May 2015 17:22 (UTC +04:00)
Polis FIFA-nın İsveçrənin Sürix şəhərində keçirilən 65-ci konqresində partlayış təhlükəsi barədə məlumat aldığını təsdiqləyib.
Polisə FIFA-nın konqresində partlayış təhlükəsi barədə məlumat daxil olub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:20-də yayılıb)

Azərbaycan, Bakı, 29 may /Trend/

Polis FIFA-nın İsveçrənin Sürix şəhərində keçirilən 65-ci konqresində partlayış təhlükəsi barədə məlumat aldığını təsdiqləyib.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə yerli "Handelszeitung" qəzeti xəbər yayıb.

Məlumat yerli vaxtla saat 11:00-da daxil olub. Qəzetin verdiyi məlumata əsasən, Sürix polisi təhlükəsizlik tədbirlərini gücləndirib. Konqresin keçirildiyi yerdə sakitlikdir, tədbir iştirakçıları təxliyə edilməyib.

Qeyd edək ki, bu gün FIFA-nın konqresində təşkilatın yeni prezidenti seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti