...

"Neftçi"də final öncəsi ciddi itki

İdman Materials 30 May 2015 16:39 (UTC +04:00)
"Neftçi" PFK-nın futbolçusu Flavinyo zədə səbəbindən Azərbaycan Kubokunun final oyununda iştirak edə bilməyəcək.
"Neftçi"də final öncəsi ciddi itki

Azərbaycan, Bakı, 30 may /Trend/

"Neftçi" PFK-nın futbolçusu Flavinyo zədə səbəbindən Azərbaycan Kubokunun final oyununda iştirak edə bilməyəcək.

Trend klubun saytına istinadən məlumat verir ki, Premyer Liqanın 29-cu turu çərçivəsində səfərdə "Xəzər Lənkəran" klubu ilə keçirilmiş matçda zədələnmiş futbolçu müalicəsini vətənində davam etdirəcək.

Bu gün Braziliyaya yola düşəcək Flavinyo "Neftçi"nin Avstriyadakı təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.

Xatırladaq ki, "Qarabağ" - "Neftçi" final oyunu iyunun 3-ü saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti