...

Velosipedçimiz Slovakiyada 6-cı oldu

İdman Materials 8 Sentyabr 2015 10:21 (UTC +04:00)
Azərbaycanın şosse velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 4 üzvü - Musa Mikayılzadə, Tərlan Məmmədov, Kənan Qəhrəmanlı və Xəlil Xəlilov Slovakiyada keçirilən sayca 52-ci "Beynəlxalq Velosiped Günü" turnirində mübarizə aparıblar.
Velosipedçimiz Slovakiyada 6-cı oldu

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycanın şosse velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 4 üzvü - Musa Mikayılzadə, Tərlan Məmmədov, Kənan Qəhrəmanlı və Xəlil Xəlilov Slovakiyada keçirilən sayca 52-ci "Beynəlxalq Velosiped Günü" turnirində mübarizə aparıblar.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, 10 ölkədən 117 velosipedçinin iştirak etdiyi yarışın ilk günü idmançılar əvvəlcə dağ yolları ilə 7 km məsafə qət ediblər.

Burada təmsilçilərimizdən ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb - 8-ci yer. Elə həmin gün yarış iştirakçıları kriterium ötüşməsində də mübarizə aparıblar və Kənan Qəhrəmanlı finişi 8-ci keçib.

İkinci yarış günündə isə 84 km məsafəyə qrup ötüşməsində Kənan Qəhrəmanlı 12-ci olub. Bu amil velosipedçimizə ümumi təsnifatda 6-cı yeri tutmağa imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti