...

UEFA-nın ayırdığı vəsait klublarımızın hesabına köçürüldü

İdman Materials 30 Oktyabr 2015 15:24 (UTC +04:00)
UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb.
UEFA-nın ayırdığı vəsait klublarımızın hesabına köçürüldü

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb.

Trend AFFA-nın saytına istinadən 2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar "Qarabağ", "Qəbələ", "Neftçi" və "İnter" klubları üçün UEFA tərəfindən aşağıda qeyd olunan qaydada maliyyə vəsaiti ayrılıb:

"Qarabağ" - 950 000.00 avro
"Qəbələ" - 630 000.00 avro
"Neftçi" - 200 000.00 avro
"İnter" - 630 000.00 avro

UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada "Qarabağ", "Qəbələ" və "Neftçi" klubunun hesabına köçürülüb.

AFFA ilə "İnter" klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait "İnter" PİK-in hesabına köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti