...

"Qəbələ"nin oyununun vaxtı dəyişdirildi

İdman Materials 2 Noyabr 2015 16:27 (UTC +04:00)
Premyer Liqanın XII turunun oyun cədvəlində dəyişiklik edilib.
"Qəbələ"nin oyununun vaxtı dəyişdirildi

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Premyer Liqanın XII turunun oyun cədvəlində dəyişiklik edilib.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, "Qəbələ" klubunun məktubunu nəzərə alan PFL "Qəbələ" - "İnter" görüşünün 7 noyabrda yox, 9 noyabrda keçirilməsinə qərar verib. Buna səbəb "Qəbələ" klubunun 5 noyabr tarixdə Avropa Liqasının qrup mərhələsində "Borussiya Dortmund" klubuna qarşı keçirəcəyi matçdır.

Eyni zamanda, canlı yayımla əlaqədar olaraq "Zirə" - "Sumqayıt" görüşünün 6 noyabrda deyil, 7 noyabrda keçirilməsi rəsmiləşib.

Xəbər lenti

Xəbər lenti