...

"Qarabağ" - "Monako" oyununa satılan biletlərin sayı məlum oldu

İdman Materials 5 Noyabr 2015 11:35 (UTC +04:00)
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Fransanın “Monako” klubu arasında baş tutacaq qarşılaşmaya bu saata qədər 15 min bilet satılıb
"Qarabağ" - "Monako" oyununa satılan biletlərin sayı məlum oldu

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Fransanın "Monako" klubu arasında baş tutacaq qarşılaşmaya bu saata qədər 15 min bilet satılıb.

Bunu Trend-ə "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.

Biletlərin "qara bazar"da satılması məsələsinə münasibət bildirən N.İbrahimov deyib ki, bu məsələyə hüquq-mühafizə orqanları nəzarət edir: "Klubun hesab-fakturasında qiymətlər qanunvericiliklə tam tənzimlənir, qiymətlər də standartdır. Kassalarda da biletlərin satış ilə bağlı heç bir problem yoxdur, biletlər göstərilən qiymətlərlə satılır. Amma kimsə bileti alıb sonradan baha satırsa, buna artıq biz məsuliyyət daşımırıq, Bu artıq qeyri-qanuni satışdır və hüquq-mühafizə orqanları bunun qarşısını almalıdır".

Klubun mətbuat katibinin sözlərinə görə, hər bir kassanın yanında post patrul xidməti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti