...

"Qarabağ" qələbəni əldən verdi (ƏLAVƏ OLUNUB) (VİDEO)

İdman Materials 5 Noyabr 2015 21:50 (UTC +04:00)
"Qarabağ" Bakıda "Monako" klubunu qəbul edib.
"Qarabağ" qələbəni əldən verdi (ƏLAVƏ OLUNUB) (VİDEO)

Oyunun nəticəsi barədə məlumat əlavə olunub (ilk xəbər saat 20:58-də yayılıb)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qarabağ" Bakıda "Monako" klubunu qəbul edib.

Oyunun ilk hissəsi Ağdam təmsilçisinin böyük üstünlüyü ilə keçib. Bunun məntiqi sonluğu kimi, Samuel Armenteros hesabı açıb.

İkinci hissədə isə qolun davamını gətirmək mümkün olmayıb. 72-ci dəqiqədə qapıçı Şehiçin səhvi isə İvan Kavaleyronun hesabı bərabərləşdirməsi ilə nəticələnib - 1:1.

Beləliklə, J qrupunda mübarizəni davam etdirən "Qarabağ" 4-cü xalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti