• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İdman

Azərbaycanın velosiped komandasında yeni simalar

14 Noyabr 2015 15:02 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun 2016-cı il üçün ilkin heyəti açıqlanıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, ötən illə müqayisədə komandanın tərkibində müəyyən dəyişikliklər var. Belə ki, Azərbaycanın Elit yığma komandasının üzvü Tural İsgəndərov və avstriyalı Markus Eybegerlə yeni müqavilə imzalanmayıb. Aqşin İsmayılov isə dağ velosipedi üzrə məşqçilik karyerasına başlaması ilə əlaqədar şose yarışlarında iştirakını başa vurub.

Diqqət çəkən əsas məqam Azərbaycanın gənclər yığmasının üzvü Kənan Qəhrəmanlının "Synergy Baku"ya cəlb olunmasıdır. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, gənclər yığmamızın daha bir üzvü Tərlan Məmmədovun da "Synergy Baku" ilə müqavilə imzalaması müzakirə edilir: "2016-cı il üçün açıqlanan 14 nəfərlik ilkin heyət içərisində Azərbaycanın müxtəlif yığma komandalarının şərəfini qoruyan 8 velosipedçi var. Onlar Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bayrağı altında keçirilən müxtəlif səviyyəli yarışlarda iştirak etməklə böyük təcrübə toplayırlar və bu da federasiyamızın əsas məqsədlərindən biridir".

Baş katibin fikrincə, Kənan Qəhrəmanlı, həmçinin Tərlan Məmmədov gələcəyinə böyük ümidlər bəslənilən gənc velosipedçilərdəndir. Komandanın daha təcrübəli yerli və əcnəbi üzvləri ilə birgə məşq və yarışların bu idmançıların inkişafına müsbət təsir göstərəcəyi isə heç kimdə şübhə doğurmur.

"Synergy Baku"nun heyətinə cəlb edilən digər velosipedçilərə gəlincə, xorvatiyalı Matiya Kvasina ölkəsinin fərdi ötüşmə üzrə son çempionudur. Digər xorvat velosipedçi Yosip Rumaç isə qrup ötüşməsi üzrə Xorvatiya çempionatında 2-ci yeri tutub, həmçinin ölkəsinin yığma komandasının heyətində Bakı-2015 ilk Avropa Oyunlarının, dünya və Avropa çempionatlarının iştirakçısı olub.

Gələn il üçün sifariş edilən Kiril Pozdnyakova gəlincə, 2013-cü ildə "Synergy Baku"nun heyətində uğurlu mövsüm keçirən velosipedçi 2.1 kateqoriyalı çoxgünlük "Tour of China" yürüşünün qalibi olub, sonrakı 2 ildə isə Rusiyanın pro-kontinental "RusVelo" komandasının heyətində çıxış edib.

"Synergy Baku"-2016: Elçin Əsədov (Azərbaycan, Elit), Maksim Averin (Azərbaycan, Elit), Elgün Əlizadə (Azərbaycan U-23), Ənvər Asanov (Azərbaycan U-23), İsmayıl İlyasov (Azərbaycan U-23), Samir Cəbrayılov (Azərbaycan U-23), Kənan Qəhrəmanlı (Azərbaycan, gənclər), Tərlan Məmmədov (Azərbaycan, gənclər), Matiya Kvasina (Xorvatiya), Matey Müqerli (Xorvatiya), Yosip Rumaç (Xorvatiya), Aleksandr Surutkoviç (Ukrayna), Kiril Pozdnakov (Rusiya) və İoannis Tamuridis (Yunanıstan).

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • velosiped
Azernews Newspaper
Digər xəbərlər
8 ayda velosiped qəzalarında 11 nəfər ölüb
Cəmiyyət 20 Sentyabr 2017 07:50
Velosiped qəzaları 6 ayda 7 can alıb
Cəmiyyət 2 Avqust 2017 20:22
Bakının BMX Treki DÇ-2018 üçün yenidən qurulur (FOTO)
İdman 12 İyul 2017 11:16
Azərbaycanın ilk milli velosiped brendinin yeni modellərinin təqdimatı olub (FOTO/VİDEO)
İdman 7 İyul 2017 15:57
Azərbaycan birinciliyi başa çatdı (FOTO)
İdman 23 İyun 2017 13:41
Ehtiyat hissələri idxalı gömrük rüsumundan azad edildi
Biznes və iqtisadiyyat xəbərləri 22 İyun 2017 21:35
"Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verildi
İdman 3 May 2017 10:53
Dopinq qalmaqalı: Velosipedçimiz yığma komandadan və klubdan kənarlaşdırıldı
İdman 14 Aprel 2017 17:24
Velosipedçilərimiz Mərakeşdə yarışacaq
İdman 5 Aprel 2017 17:38
Sahib Ələkbərov Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü seçildi
İdman 6 Mart 2017 11:18
Daha bir "yol dərdi": Velosiped qəzaları artıb
Cəmiyyət 3 Fevral 2017 13:19
Çindən Məkkə ziyarətinə 4 ay velosipedlə
Maraqlı 19 Avqust 2016 13:39
Azərbaycan çempionatı başa çatdı (FOTO/VİDEO)
İdman 25 İyun 2016 17:13
Komandamız Serbiya turunun ən yaxşısıdır
İdman 20 İyun 2016 12:23
3 lider köynəyi və ən yaxşı komanda
İdman 17 İyun 2016 12:50
Velosipedçilərimiz Serbiyada uğurla yarışır
İdman 16 İyun 2016 13:06
Velosipedçimiz Slovakiyada 3-cü oldu
İdman 13 İyun 2016 13:09
Gənc velosipedçilər yarışıblar (FOTO)
İdman 11 İyun 2016 17:38
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter