...

Moldovalı məşqçi: Azərbaycan idmanı inkişafdadır

İdman Materials 18 Noyabr 2015 00:00 (UTC +04:00)
Azərbaycan idmanı inkişafdadır.
Moldovalı məşqçi: Azərbaycan idmanı inkişafdadır

Bakı. Trend:

Azərbaycan idmanı inkişafdadır. Trend-in məlumatına görə, bunu Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka bu gün keçirilən Azərbaycan - Moldova oyunundan (2:1) sonra deyib.

O, qeyd edib: "İlk növbədə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına bizə yaratdığı şəraitə görə minnətdaram. Oyuna gəlincə, yaxşı oyun oldu. İlk hissədə rəqib daha yaxşı oynadı. Bizimlə müqayisədə Azərbaycan millisi daha çox qol imkanı yaratdı. Son vaxtlar yaxşı çıxış etmirik. Bu gün 5 əsas oyunçumuz yox idi. Onlar Türkiyə, Rusiya və Ukrayna çempionatında çıxış edirlər. Onların əvəzinə gənc futbolçulara şans verdik".

Ş.Stoyka bildirib ki, Azərbaycan idmanı inkişafdadır. Bu, futbolda da özünü göstərir: "İdmanınıza böyük investisiya qoyulur. Bu, öz sözünü deməli idi. Bizdə isə Azərbaycandakı kimi imkan yoxdur. Amma yenə də oyunumuzu düzəltməyə çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti