...

Suraxanı məktəblilərinin velosiped yarışı (FOTO)

İdman Materials 20 Noyabr 2015 17:20 (UTC +04:00)
Hövsan Olimpiya İdman Kompleksində Suraxanı rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib.
Suraxanı məktəblilərinin velosiped yarışı (FOTO)

Bakı. Trend:

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə Hövsan Olimpiya İdman Kompleksində Suraxanı rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 30 komanda iştirak edib.

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 270 saylı orta məktəbin komandası layiq görülüb. 279 və 280 saylı məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da anoloji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti