...

Azərbaycan atletindən iki dünya rekordu

İdman Materials 24 Noyabr 2015 15:15 (UTC +04:00)
Azərbaycan təmsilçisi ağır atletika üzrə dünya çempionatında iki rekord müəyyənləşdirib.
Azərbaycan atletindən iki dünya rekordu

Bakı. Trend:

Azərbaycan təmsilçisi ağır atletika üzrə dünya çempionatında iki rekord müəyyənləşdirib.

Azərbaycan təmsilçisi Boyanka Kostova Hyustonda (ABŞ) keçirilən dünya çempionatında ağır atletika üzrə dünya çempionu olub.
B.Kostova 37 idmançının iştirak etdiyi 58 kq-a kimi çəki dərəcəsində qadınların final mübarizəsində qələbə qazanıb.

İki hərəkətin cəmində idmançımız 252 kq qaldıraraq dünya rekordunu müəyyənləşdirib. İdmançımız birdən qaldırma hərəkətində 112 kiloqram qaldırıb (bundan öncəki göstərici 111 kq-a bərabər idi), təkanla qaldırma hərəkətində isə onun göstəricisi 140 kq olub. B.Kostova ikinci yeri tutan Çin idmançısı Menqronq Denqi 7 kq qabaqlayıb.

Bu çəki dərəcəsində bundan öncəki dünya göstəricisini təxminən doqquz il əvvəl - 2006-ci ilin dekabrında Dohada (Qətər) keçirilən Asiya Oyunlarında çinli Çen Yanıtsin müəyyən edib. Hyustonda keçirilən dünya çempionatında B.Kostova ümumilikdə üç qızıl medal - iki medal birdən qaldırma (112 kq) və təkanla qaldırma hərəkətində (140 kq), bir medal isə iki hərəkətin cəmi üzrə qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan yığmasının qadınlar arasında ağır atletika üzrə dünya çempionatları tarixində ilk qızıl medalıdır.
Bundan öncə Azərbaycan təmsilçisi Valentin Xristov (62 kq) Hyustonda keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti