...

Bakı Olimpiya Stadionuna sertifikat verilib

İdman Materials 29 Dekabr 2015 14:33 (UTC +04:00)
Bakı Olimpiya Stadionuna Avropa Təhlükəsizlik və Stadionların İdarə olunması Assosiasiyası (ESSMA) tərəfindən sertifikat verilib.
Bakı Olimpiya Stadionuna sertifikat verilib

Bakı. Trend:

Bakı Olimpiya Stadionuna Avropa Təhlükəsizlik və Stadionların İdarə olunması Assosiasiyası (ESSMA) tərəfindən sertifikat verilib.

Trend AFFA-ya istinadən məlumat verir ki, ESSMA Avropada və qitənin hüdudlarından kənarda UEFA ilə birlikdə 150-dən artıq idman obyektinin idarəçiliyini bir araya gətirən qeyri-kommersiya təşkilatıdır. 1996-cı ildə təsis olunmuş assosiasiya Kommerzbank Arena, Türk Telekom Arena, Uembli, Kamp Nou, Santyaqo Bernabeu və s. stadionları sertifikatlaşdırılıb.

Təşkilatın nəzarəti altında stadionların idarə olunması ilə bağlı ixtisaslaşmış tədbirlər keçirilir və azarkeşlərin təhlükəsizliyi təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti