...

Azərbaycan Güləş Federasiyasına yeni baş katib təyin olunub

İdman Materials 3 Fevral 2016 18:38 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Əjdər Cəfərov vəzifəsindən azad edilib.
Azərbaycan Güləş Federasiyasına yeni baş katib təyin olunub

Bakı. Trend:

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Əjdər Cəfərov vəzifəsindən azad edilib.

AGF-dən Trend-ə verilən məlumata görə, federasiya prezidentinin əmrinə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.

Qeyd edək ki, R.Əli-Zadə bundan əvvəl Azərbaycan Otüstü Hokkey Federasiyasında çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti