...

Bakı Olimpiya Stadionunun saytı fəaliyyətə başlayıb

İdman Materials 4 Fevral 2016 17:21 (UTC +04:00)
Bakı Olimpiya Stadionunun saytı fəaliyyətə başlayıb.
Bakı Olimpiya Stadionunun saytı fəaliyyətə başlayıb

Bakı. Trend:

Bakı Olimpiya Stadionunun saytı fəaliyyətə başlayıb.

Trend AFFA-ya istinadən məlumat verir ki, www.bos.az ünvanında yerləşən sayt keçmiş və gələcək tədbirlər, stadion infrastrukturu, biznes və istirahət imkanları haqqında məlumatı özündə əks etdirir.

"Stadion", "Turlar", "Xidmətlər", "Biznes", "Media" və digər bölmələrdən ibarət olan sayt şəkillər və xəbərlər, xidmətlər, tədbirlər barədə məlumatı paylaşır, onlayn məsləhətçi və xidmətlərin rezervasiyası imkanları verir.

Azərbaycan, rus, ingilis və alman dillərində yaradılmış saytında tikinti tarixi göstərilir, habelə virtual tur fəaliyyət göstərir.

Media nümayəndələrinin rahat işi üçün yaradılmış "Media" bölməsində xəbərlər, press-relizlər və şəkillər yerləşdirir.

Həmçinin sayt "Feysbuk"a inteqrasiya edilib. Belə ki, sosial şəbəkə istifadəçiləri stadionun rəsmi səhifəsindən birbaşa sayta keçid edə bilərlər.

İzləyicilər üçün saytın mobil telefon və planşet versiyaları da təklif olunur. Sayt müntəzəm olaraq yenilənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti