...

“Qalatasaray” “Latsio” ilə bacarmadı

İdman Materials 25 Fevral 2016 23:53 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilir.
“Qalatasaray” “Latsio” ilə bacarmadı

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qalatasaray" ilk oyunda 1:1-lik bərabərə qaldığı "Latsio"nun qonağı olub.

Oyunda hesabı romalılar açıblar - 59-cu dəqiqədə Parolo fərqlənib. Cəmi 1 dəqiqə sonra Anderson fərqi artırıb. 62-ci dəqiqədə Türkiyə təmsilçisinin heyətində Öztəkin rəqib torunu silkələyib. Lakin 10 dəqiqə sonra Klozenin qolu sonuncu olub - 3:1.

Beləliklə, "Qalatasaray" turnirdə mübarizəni dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti