...

Azərbaycanlı üzgüçü beynəlxalq turnirdə olimpiadaya lisenziya qazanıb (FOTO)

İdman Materials 7 Mart 2016 13:05 (UTC +04:00)
Azərbaycanlı üzgüçü Maksim Şemberev martın 4-6-da Berlində keçirilmiş "Swim Meeting" beynəlxalq turnirində qızıl və gümüş medallar qazanıb.
Azərbaycanlı üzgüçü beynəlxalq turnirdə olimpiadaya lisenziya qazanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanlı üzgüçü Maksim Şemberev martın 4-6-da Berlində keçirilmiş "Swim Meeting" beynəlxalq turnirində qızıl və gümüş medallar qazanıb. Bunu Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasından deyiblər.

M.Şemberev 1500 met məsafəyə (15 dəqiqə 38,59 saniyə) sərbəst üslubda qızıl, 400 metr məsafəyə kompleks üzmədə isə gümüş (24,03 saniyə) medal qazanıb.

Federasiyadan deyiblər ki, hər iki nəticə "B" təsnifat normativini üstələyir ki, bu da Olimpiya Oyunlarında iştirak etmək hüququ verir.

Digər azərbaycanlı üzgüçü Anton Jeltyakov isə brass üsulu ilə 200 met r məsafəyə (2 dəqiqə 18,86 saniyə) yarışda bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti