...

“İnter” yüksəldi (VİDEO)

İdman Materials 20 Mart 2016 15:30 (UTC +04:00)
Premyer Liqanın 26-cı turunun oyunları davam edir.
“İnter” yüksəldi (VİDEO)

Bakı. Trend:

Premyer Liqanın 26-cı turunun oyunları davam edir.

Trend-in məlumatına görə, "Xəzər Lənkəran" doğma meydanda "İnter"lə qarşılaşıb.

Oyunda yeganə qolu 29-cu dəqiqədə paytaxt təmsilçisinin futbolçusu Nika Kvekveskiri vurub - 0:1.

Beləliklə, "İnter" xalını 44-ə yüksəltməklə turnir cədvəlində üçüncü pilləyə yüksəlib.

Qeyd edək ki, çempionata bu gün "Zirə" - AZAL matçı ilə yekun vurulacaq.

Turun digər oyunlarının nəticələri:

"Rəvan" - "Sumqayıt" 1:2
"Qəbələ" - "Qarabağ" 1:2
"Neftçi" - "Kəpəz" 2:3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti