...

Futzal üzrə millimiz ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib

İdman Materials 13 Aprel 2016 06:16 (UTC +04:00)
Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində doğma meydanda Hollandiya ilə qarşılaşıb
Futzal üzrə millimiz ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib

Bakı. Trend:

Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində doğma meydanda Hollandiya ilə qarşılaşıb.

Trend-in məlumatına görə, Bakı İdman Sarayında keçirilən oyunu avstriyalı Cerald Baurnfeind idarə edib. İkinci və üçüncü hakim funksiyasını ukraynalı Oleq İvanov və israilli Moşe Bohbot yerinə yetiriblər.

Tino Peresin komandasında meydana Hüseynli (qapıçı), Eduardo, Augusto, Amadeu, Rafael çıxıblar.

Rəqib Hollandiyadan isə start heyətdə van Maasbommel (qapıçı), El Qannouti, Ceyar, El Morabiti, Darri yer alıblar.

Səfərdə 5:1 hesabı ilə qələbə qazanan futzalçılarımız doğma meydanda da məğlub olmayıb. Hollandiya yığmasına qarşı cavab görüşündə də əzmkar mübarizə aparan millimiz 4:4 hesabı ilə heç-heçə edib. Komandamız iki oyunun nəticəsinə görə Kolumbiyada keçiriləcək mundiala tarixində ilk dəfə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti