...

Olimpiadaya vəsiqə verən Avropa təsnifat turnirində ilk gün

İdman Materials 15 Aprel 2016 12:51 (UTC +04:00)
Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürüb.
Olimpiadaya vəsiqə verən Avropa təsnifat turnirində ilk gün

Bakı. Trend:

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma güləşçiləri mübarizə aparır.

Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. İlk gündə yığmamızın 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışır.

57 kq (sərbəst)
1/8 final - Asadulla Laçinau (BLR) - Mahmud Məhəmmədov

66 kq (yunan-Roma)
1/16 final - Kamran Məmmədov - Dominik Etlinger (CRO) 0:6

Məqalədə:
Xəbər lenti

Xəbər lenti