...

"Kəpəz" və "İnter" sülhə razı oldular

İdman Materials 16 Aprel 2016 15:40 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları davam edir.
"Kəpəz" və "İnter" sülhə razı oldular

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları davam edir.

Trend-in məlumatına görə, liderlər qrupunda yer alan "Kəpəz" və "İnter" klubları Gəncədə qarşılaşıblar.

Əvvəlcə meydan sahibləri fərqləniblər. Tural Axundov 31-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin 55-ci dəqiqədə Yuri Fomenko bakılıları sevindirib - 1:1.

Beləliklə, "İnter" 30 oyundan sonra 49 xalla 3-cüdür, "Kəpəz" isə 46 xalla "Qəbələ" ilə 4-5-ci yerləri bölüşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti