...

"Şahdağ" klubunun gənc futbolçuları Milanda oynayacaqlar

İdman Materials 19 Aprel 2016 18:12 (UTC +04:00)
Azərbaycan 2016-cı ildə ilk dəfə olaraq fundamental dünya dəyərlər bərabərliyi, ədalət və tolerantlıq beynəlxalq təşəbbüsünə – “Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramında iştiraka qoşulub.
"Şahdağ" klubunun gənc futbolçuları Milanda oynayacaqlar

Bakı. Elçin Hüseynov - Trend:

Azərbaycan 2016-cı ildə ilk dəfə olaraq fundamental dünya dəyərlər bərabərliyi, ədalət və tolerantlıq beynəlxalq təşəbbüsünə - "Dostluq üçün futbol" beynəlxalq uşaq sosial proqramında iştiraka qoşulub. Bu barədə Trend-ə "Şahdağ" klubundan bildiriblər.

Milli futbol tarixində ilk dəfə olaraq proqramda iştirak etmək üçün Azərbaycanı "Şahdağ" futbol klubunun (Qusar şəhəri) uşaq futbol komandası təmsil edəcək.

"Dostluq üçün futbol" IV Beynəlxalq Uşaq Forumu 2016-cı ilin 26-28 may tarixlərində keçiriləcək. Hər il proqramın əsas hadisəsi olan foruma müxtəlif ölkələrin aparıcı futbol klublarından 12-14 yaş arasında olan oyunçular qoşulur.

Gənc futbolçular 32 ölkənin iştirakı ilə küçə futbolu üzrə beynəlxalq turnirdə iştirak edəcək, həmçinin digər ölkələrdən olan həmyaşıdları və dünya futbolunun ulduzları ilə ünsiyyət quracaqlar. Onlar proqramın əsas səfiri olan - əfsanəvi Frans Bekkenbauerlə də görüşəcəklər.

Tədbirin aparıcı hadisəsi olaraq "Dostluq üçün futbol" proqramına - "Doqquz dəyər" Kuboku - dünyanın peşəkar futbol klublarından proqramın dəyərlərinə riayət edənlərə xüsusi mükafatın verilməsi olacaq. Forum bitəndən sonra onun iştirakçıları UEFA Çempionlar Liqasının Milanda Cüzeppe Meatsa (San Siro) stadionunda final oyununa baş çəkəcəklər.

Bu proqramı UEFA Çempionlar Liqasının rəsmi tərəfdaşı olan "Qazprom" İSC həyata keçirir.

"Şahdağ" FK-nın prezidenti Ərəstun Niftiyev qeyd edib: "Biz layihənin irəli sürdüyü dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlük kimi aparıcı dəyərləri tamamilə dəstəkləyirik. Və əminik ki, Azərbaycanın bu cür mötəbər sosial layihədə iştirakı ölkənin gənc futbolçularının inkişafı üçün vacib addım olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti