...

Olimpiadaya vəsiqə verən I Dünya təsnifat turnirində ikinci gün (FOTO)

İdman Materials 23 Aprel 2016 12:03 (UTC +04:00)
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir.
Olimpiadaya vəsiqə verən I Dünya təsnifat turnirində ikinci gün (FOTO)

Bakı. Trend:

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır.

Turnirin ikinci günündə qadın güləşçilər mübarizə aparıb.

69 kq
1/8 final - Gözəl Zutova - Adina Elena Popescu (ROU) 6:0
1/4 final - Gözəl Zutova - Tamira Mariama Mensh (USA) 7:10

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti