...

Azərbaycan idmançıları Kyokuşinkay və ŞinKyokuşinkay karate üzrə Avropa çempionatında 5 medal qazanıblar (FOTO)

İdman Materials 16 May 2016 18:11 (UTC +04:00)
Azərbaycan idmançıları Kyokuşinkay və ŞinKyokuşinkay karate üzrə Avropa çempionatında 5 medal qazanıblar.
Azərbaycan idmançıları Kyokuşinkay və ŞinKyokuşinkay karate üzrə Avropa çempionatında 5 medal qazanıblar (FOTO)

Bakı. Trend:

Mayın 13-14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Kyokuşinkay-ŞinKyokuşinkay karate üzrə 2016-cı il Avropa çempionatı keçirilib. Azərbaycan Kyokuşin Karate Federasiyasından Trend-ə verilən məlumata görə, komandamız 5 medal qazanıb.

Çempionatda kişilər arasında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov qızıl medal qazanıb. Valeh Cəfərov (65 kq), Yasir Məmmədov (85 kq), və Mübariz Ağamalıyev (85 kq) isə bürünc medala sahib olublar.

Gənclər (16-18 yaş) arasında 60 kq çəki dərəcəsində mübarizə aparan Kərim Kərimov gümüş medal qazanıb.

Qeyd edək ki, çempionatda idmançılarla bərabər, hakimlərimiz Allahverdi Rüstəmov, Qabil Sayadov, Namiq Vəliyev, Mübariz Məlikov, Əbülfət Hacızadə, Mehdi Əhmədov və Samir Fərzəliyev də iştirak ediblər.

İdmançılar Avropa çempionatında ölkəmizi Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti Natiq Heydərov və vitse-prezidenti Şixan 6-cı dan qara kəmər ustası Allahverdi Rüstəmovun rəhbərliyi altında təmsil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti