...

Messi fikrini dəyişdi

İdman Materials 4 İyul 2016 12:07 (UTC +04:00)
Lionel Messi Argentina yığmasında karyerasını davam etdirmək qərarına gəlib.
Messi fikrini dəyişdi

Bakı. Trend:

Lionel Messi Argentina yığmasında karyerasını davam etdirmək qərarına gəlib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, L.Messi fasilə götürdüyündən 2018-ci il dünya çempionatının təsnifat mərhələsinin iki oyununu buraxacaq.

Bununla belə, o, mundialda iştirak edəcək.

Qeyd edək ki, L.Messi Argentinanın Amerika Kubokunun finalında Çiliyə məğlub olmasından sonra millidə karyerasını başa vurduğunu açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti