...

"Qarabağ"ın səfər oyununun hakimləri bilindi

İdman Materials 23 İyul 2016 15:01 (UTC +04:00)
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya Plzen”lə keçirəcəyi ilk qarşılaşmanın hakimləri məlum olub.
"Qarabağ"ın səfər oyununun hakimləri bilindi

Bakı. Trend:

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya Plzen”lə keçirəcəyi ilk qarşılaşmanın hakimləri məlum olub.

Trend-in məlumatına görə, "Dusan Arena"da baş tutacaq qarşılaşmada makedoniyalı Aleksandar Stavrev fit çalacaq. Ona həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Oyunun dördüncü hakimi Dimitar Mekarovski olacaq.

Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi rumıniyalı İonel Piskanu olacaq.

Qeyd edək ki, "Viktoriya Plzen"-"Qarabağ" matçı iyulun 26-sı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti