...

"Liverpul" darmadağın edib lider oldu (VİDEO)

İdman Materials 6 Noyabr 2016 20:15 (UTC +04:00)
İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir
"Liverpul" darmadağın edib lider oldu (VİDEO)

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Liverpul" doğma meydanda "Uotford"u qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar. Artıq ilk hissədə qonaqların qapısından 3 cavabsız top keçirilib - 27' Mane, 30' Koutinyo, 43' Emre Can.

İkinci hissədə də "Liverpul" futbolçuları 3 dəfə fərqləniblər - 57' Firmino, 60' Mane, 90+1' Viynaldum. "Uotford" isə bu qollardan cəmi birinin əvəzini çıxıb - 6:1.

Bu qələbə sayəsində "Liverpul" xalını 26-ya çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib. 25 xallı "Çelsi" ikinci, 24 xallı "Mançester Siti" və "Arsenal" isə 3-4-cü yerləri bölüşürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti