...

Messi ildə 50 milyon avro qazanmaq istəyir

İdman Materials 10 Noyabr 2016 10:47 (UTC +04:00)
Lionel Messi komanda ilə yeni müqavilədən sonra ildə 50 milyon avro qazanmaq istəyir.
Messi ildə 50 milyon avro qazanmaq istəyir

Bakı. Trend:

"Barselona" futbol klubunun argentinalı hücumçusu Lionel Messi komanda ilə yeni müqavilədən sonra ildə 50 milyon avro qazanmaq istəyir.

Bu barədə Trend İspaniyanın "Marca" qəzetinə istinadən məlumat verir.

L.Messinin hazırkı müqaviləsinin müddəti 2018-ci ildə başa çatır. Kataloniya klubunun rəhbərliyi futbolçuya rekord müqavilə təklif etməyə hazırdır.

Danışıqlar uğurlu olarsa, L.Messi "Barselona"nın ən çox maaş alan oyunçusu olacaq.

Qeyd edək ki, braziliyalı hücumçu Neymarla müqavilənin müddətini 2021-ci ilədək uzadan "Barselona" rəhbərliyi uruqvaylı Luis Suares də müvafiq danışıqlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti