...

UEFA nümayəndələri Avro-2020 üçün Bakıda

İdman Materials 10 Noyabr 2016 15:39 (UTC +04:00)
Noyabrın 15-də Bakıda “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçiriləcək.
UEFA nümayəndələri Avro-2020 üçün Bakıda

Bakı. Trend:

Noyabrın 15-də Bakıda “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçiriləcək.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, UEFA-nın rəhbərliyi altında keçirilərək seminar Bakıda 2020-ci ildə UEFA Avropa çempionatının final mərhələsinin (EURO-2020) 4 oyunun keçirilməsinə hazırlıq məqsədi daşıyır.

Eyni zamanda, Klubların Lisenziyalaşdırılması qaydalarının tələblərinə əsasən, klublarda ixtisaslı təhlükəsizlik xidmətinin rəisi və azarkeşlərlə əlaqələndirici şəxslər çalışmalıdır və bu seminar qeyd olunan əməkdaşların maarifləndirilməsinə yönləndiriləcək.

Seminarda beynəlxalq və daxili oyunlar zamanı stadionlarda təhlükəsizlik məsələlərinə cavabdeh olan daxili işlər orqanlarının nümayəndələri, Premyer Liqa və I Divizion klublarının yuxarıda qeyd olunan əməkdaşları və fan klub nümayəndələri, AFFA və PFL nümayəndələri və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

UEFA-nın Təhlükəsizlik departamentinin əməkdaşları olan Kennet Skot, Mark Timmer və Frosdik Stephen seminar zamanı "Təhlükəsizlik və mühafizə məsələlərinə UEFA-nın yanaşması və konsepsiyası", "Bu məsələlərə aid milli strategiya və onun icra olunması", "Müxtəlif orqanların və təşkilatların bu sahədə əməkdaşlığı", "Stadionlarda təhlükəsizlik və mühafizə məsələləri üzrə məsul şəxslərin vəzifələri", "Oyun zamanı fan klublarla işin təşkili" və s. mövzülar üzrə təqdimatlarla çıxış edəcəklər.

Seminarın sonunda iştirakçıların tədbirdə iştirak etmələri ilə bağlı sertifikat təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti