...

Stolüstü tennis üzrə turnir başa çatıb

İdman Materials 11 Noyabr 2016 18:24 (UTC +04:00)
Konstitusiya Gününə həsr olunan 2005-ci il təvəllüdlü və daha az yaşlı oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb.
Stolüstü tennis üzrə turnir başa çatıb

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman - Sağlamlıq Kompleksində Konstitusiya Gününə həsr olunan 2005-ci il təvəllüdlü və daha az yaşlı oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb.

Federasiyadan Trend-ə verilən məlumata görə, noyabrın 9-da başlayan və şəxsi formatda keçirilən yarışlarda Bakı və regionlardan olan 140-a yaxın idmançı mübarizə aparıb.

Bu münasibətlə təşkil edilən tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Səbuhi Mehdizadə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə fiziki sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, ölkəmizin idman imicinin yüksəldilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Federasiyanın vitse-prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını, onun inkişafı istiqamətində görülən işləri vurğulayıb.

Sonra turnirə yekun vurulub.

Yarışlarda oğlanlar arasında I yeri Məmmədov Emin, II yeri Becanov Xaliq, III yeri Abdulov İlkin, Əhmədzadə Adil, qızlar arasında isə I yeri İranpur Fidan, II yeri Əbilzadə Xədicə, III yeri Rəsulzadə Aysu və Novruzova Hüsniyyə qazanıb.

Sonda qaliblərə Federasiyanın diplom və mükafatları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti