...

Messiyə təklif: "Barselona" ilə müqaviləni uzatma, 100 milyon avro qazan

İdman Materials 21 Noyabr 2016 14:48 (UTC +04:00)
Argentinalı ulduzun "Barselona" ilə müqaviləsi 2018-ci il iyunun 30-da bitir.
Messiyə təklif: "Barselona" ilə müqaviləni uzatma, 100 milyon avro qazan

Bakı. Trend:

Avropanın aparıcı klublarından biri argentinalı hücumçu Lionel Messiyə İspaniyanın "Barselona" komandası ilə müqaviləni uzatmaqdan imtinaya görə 100 milyon avro təklif edir.

Bu barədə Trend "El Mundo" nəşrinə istinadən məlumat verir.

Həmin klubun adı çəkimir. Lakin bəzi mənbələr bunun "Mançester Siti" olduğunu ehtimal edir. "Mirror" nəşri isə İngiltərə klubunun oyunçuya 250 milyon avro ödəməyə hazır olduğunu yazır.

Qeyd edək ki, bundan əvvəl "Marca" qəzeti L.Messinin müqavilənin uzadılması üzrə danışıqlardan imtina etdiyini bildirmişdi. Argentinalı ulduzun "Barselona" ilə müqaviləsi 2018-ci il iyunun 30-da bitir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti