...

"Qarabağ" da məğlub oldu (VİDEO)

İdman Materials 24 Noyabr 2016 23:50 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində V turun oyunları keçirilir.
"Qarabağ" da məğlub oldu (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində V turun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qarabağ" səfərdə "Slovan"la qarşılaşıb.

İlk qol 11-ci dəqiqədə gəlib - meydan sahibləri sevinib. 57-ci dəqiqədə Komliçenko Ağdam təmsilçisinin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 6 dəqiqə sonra Komliçenko dubla imza ataraq son nöqtəni qoyub - 3:0.

Beləliklə, J qrupunda 5 oyundan 11 xallı "Fiorentina" ilk sırada qərarlaşıb. 7 xallı "Qarabağ" ikinci, 5 xallı PAOK üçüncü, 4 xallı "Slovan isə sonuncu yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti