...

Boccia idman növü üzrə III "SENİ CUP" turniri keciriləcək

İdman Materials 25 Noyabr 2016 19:56 (UTC +04:00)
Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən Boccia idman növünün təbliğinə başlanıb və xeyli sayda fiziki imkanları məhdud gənc və uşaq bu idman növünə cəlb olunub.
Boccia idman növü üzrə III "SENİ CUP" turniri keciriləcək

Bakı. Trend:

Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən Boccia idman növünün təbliğinə başlanıb və xeyli sayda fiziki imkanları məhdud gənc və uşaq bu idman növünə cəlb olunub.

Trend-in məlumatına görə, bu idman növü sürətlə inkişaf etdirilib, İstedadlı Əlillər İB-də, Əlil idmançılara dəstək İB-də, Boccia idman klubu MMC-də, 1 saylı Saglamlıq imkanları mədud gənclərin Peşə Reabilitasiya Mərkəzində, Sun Light İB-də, Gülsan İB-də, Arabaçı Tv MMC-də, Əlillərin beynəlxalq əməkdaşlığı uğrunda cəmiyyətdə, Naxçıvan MR Paralimpiya Federasiyasında və Uşaq Paralimpiya Komitəsində boccia idman komandaları formalaşıb.

Boccia idman növünün təbliği və inkişafı məqsədi ilə Milli Paralimpiya Komitəsi və “ Seni” firmasının dəstəyi ilə I və II “ SENİ CUP” turniri keçirilib. Görülmüş işlərin davamı olaraq, 14 dekabr 2016-cı il tarixdə saat 11.00-da Bakı idman kombinatında (Əl Oyunları İdman sarayı) boccia idman növü üzrə III "SENİ CUP" turniri keçiriləcəkdir. Turnirdə 10 təşkilatdan altmışa yaxın idmançı iştirak edəcək.

İnformasiya dəstəyi - Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti