Bakı. Trend:
Cənubi Afrika Respublikasının (CAR) "Baroka" futbol komandasının qapıçısı Masuluke Oskarine "Orlando Payrets" klubu ilə qarşılaşmada akrobatik tullanışla qola imza atıb.
Trend-in məlumatına görə, qapıçı bu möhtəşəm qolu ilə komandasını məğlubiyyətdən xilas edib.
Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.