...

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

İdman Materials 2 Dekabr 2016 14:54 (UTC +04:00)
2017-ci il Formula 1 Azərbaycan Qran Prisinin biletləri bu gündən onlayn qaydada satışa çıxarılıb.
Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-ci il Formula 1 Azərbaycan Qran Prisinin biletləri bu gündən onlayn qaydada satışa çıxarılıb.

Trend-in məlumatın görə, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilk 2 ay müddətində bilet alan Formula 1 azarkeşləri üçün qiymətlərdə 30 faizədək endirim olacaq.

N.Arpadarai bildirib ki, Beynəlxalq Avtomobil Federasiyanın elan etdiyi 2017-ci il Formula 1 dünya çempionatının təqviminə görə Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışı gələn il 23-25 iyunda keçiriləcək. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində məqsəd ötən Qran Prinin 24 saat davam edən "Le Man" yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib ki, 4 günlük endirimli biletlərin qiyməti 150-550 manat arasında dəyişir.

B.Özerdim bildirib ki, yarış üçün ayaqüstü biletlər də satılır. Yarış trekin çeşidli yerlərində, ayaqüstü zona və platformalarda izləmək istəyənlərə satılan bu bir günlük biletlər həftənin cümə, şənbə və bazar günləri üçün olacaq. Bu yerlərin qiymətləri 60-150 manat arasında dəyişir. Ən ucuz qiymət 5-ci gün, ən bahalı qiymətlər isə bazar günü üçün olan biletlərdə olacaq.

O əlavə edib ki, endirim üçün təyin olunmuş müddət bitdikdən sonra hazırkı qədər böyük endirim olmayacaq: "Dolların məzənnəsinin dəyişməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşları üçün qiymətlər dəyişməyəcək. Ancaq xarici ölkələrin vətəndaşları üçün dolların məzənnəsinə uyğun olaraq qiymət dəyişə bilər. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiymətləri həmin günün məzənnəsinə görə hesablanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti